Öz kübarlığı və modern dəbdəbəsi ilə daim digərlərindən seçilən Gilavar Saray ən son dəbləri izləyərək bütün standartlara cavab verən və ən tələbkar zövqləri qarşılaya biləcək iki zalı ilə qarşınızdadır. Möhtəşəm toylarınız üçün 300-600 nəfər qonaqlarınızı rahatlıqla qəbul edəcək tamamilə bəyaz rəngə bürünmüş və xüsusi işıq avadanlıqları ilə müxtəlif rəng çalarlarına qərq ola olan Bəyaz zalı ən son dekorativ trendləri özündə cəmləyib. Daha kiçik VİP zal 120-300 nəfərlik qonaqlarınız üçün nəzərdə tutulduğundan burada digər şad günlərinizi – toy, nişan, xınayaxdı, ad günü və s. bizə inamla etibar edə bilərsiniz. Şəhərin mərkəzində yerləşməsi (Gənclik M. /T. Bəhramov std. arxası) bütün qonaqlarınızın qısa vaxtda və rahat şəkildə tədbirinizdə iştirakı üçün ideal mövqedə yer alıb. Həmçinin bir çox şadlıq saraylarının ən ciddi çatışmazlıqlarından biri olan parkinq ərazisinin kasadlığı Gilavarda çox asanlıqla həllini tapıb. Geniş (350 avtomobillik) avtopark qonaqlarınızın nəqliyyatının sərbəstliklə parklanması üçün yaradılmışdır. Lakin şəhərin mərkəzində olmasına baxmayaraq Gilavar 4 tərəfdən şam ağaclarından ibarət meşəliyin içərisində yer alıb, bu isə həm ekoloji təmizlik, sakitçilik və xüsusi bir abu hava verir buraya. Gilavarın həyətinə daxil olandan özünüzü şəhərdən kənarda, rahat bir atmosferdə hiss edəcəyiniz bizdə şübhə yaratmır. Həyətdən Bəyaz zala aparan pilləkanlar heç bir yerdə rast gələ bilməyəcəyiniz unikal bir dekor üslubunda-qırmızı xalçalı açıq tunel ilə inşa olunmuşdur. Bu isə qonaqlarınızın, xüsusilə də Bəy&Gəlinin təmtəraqla zala daxil olmasına üçün dizayn edilib. Digər bir üstün cəhətimiz əsas toy zalımız hesab olunan Bəyaz zalın və onun foyesinin hündür və genişliyi ilə seçilməsidir ki, bu da toyunuzun komfortu üçün hesablanıb. Menyuya daxil olan yeməklərimiz çox gigiyenik şəraitdə, düzgün inqridientlərdən hazırlandığı üçün Gilavar saray uzun illərdir ki, müştərilərini qoruyub saxlaya bilmişdir. Siz də gəlin ki, sadaladığımız bütün fərqlilik və üstünlüklərimizi öz gözləriniz ilə görə biləsiniz.…
50 azn
Yeni istifadəyə verilmiş Çıraq palasda geniş toy zalı, kiçik banket zalı ilə Sizlərin xidmətinizdədir. Burada Avropa və Milli mətbəxin ləziz təamlarının dadı damağınızdan getməyəcək. Geniş rəqs meydançası, gözəl bəy və gəlin guşəsi, əsrarəngiz zalımız isə toyunuza daha da rəng qatacaqdır. Çıraq palas eyni zamanda geniş yeraltı avtoparkinqi ilə də digər məkanlardan seçilir. Dəbdəbəli foyemiz isə saraya ilk girişdən onun əzəmətindən xəbər verir. Ciraq Palas - Sizin axtardığınız Məkan!…
120 azn
Həyatda ən dəyərli məqamlar sevincli, sevgi dolu məqamlardır və bu məqamlara özəllik qatmaq istəyənlər bu anları yalnız Neon-da sarayda yaşayırlar. Odur ki, siz sevgi dolu anları şəhərimizin ən dəyərli məkanı Neol palace-da qeyd edin. Qoy Neon palace sizin xos gununuzun yegane şahidi olsun. Bu məkan soyuq qış günlərində sizing könlünüzü isidəcək. bu məkan yalnız öz özəl günlərini düşünənlər üçündür. Bu məkan çox gözəldir. Gəlib görənlər üçündür. Bu məkan sevənlər və sevilənlər üçündür. Zalın forması dairəvi formada olduğundan ona xüsusi bir fərqlilik verir. Neon Palace- Yox deyə bilməyəcəyiniz bir məkan!…
Hollywood əyləncə və istirahət mərkəzi olaraq Sizlərə əyləncə və istirahətin bir çox növünü təqdim edir. Onlardan Bilyard Klubu, Boulinq zalı, Vip kabinələr, əziz uşaqlarımız üçün Uşaq əyləncə məkanı, 7D ölçülü kino zalı, fast food, çay və qəlyan klubu, banket zalları və meqa market. Bir çoxları “Hollywood”-u məhz sırf şadlıq sarayı kimi tanıyır. Bildirmək istəyirik ki, “Hollywood”böyük bir İstirahət və Əyləncə mərkəzidir, möhtəşəm şadlıq sarayımız isə bu Əyləncə mərkəzinin bir qoludur. Hollywood Şadlıq sarayı - əla mətbəxi, kübar daxili və xarici dizayn ilə və yüksək səviyyəli təşkilatçılıq ilə seçilən, unikal atmosferi ilə öyünə bilən məkanlardandır. Hündür tavanlar, incə dizayn, orijinal plitələr, səs sistemi, bar və müasir işıq ilə dəbdəbəli mebel mütləq harmoniya yaradır. "Təntənəli", "rahat", "gözəl" və s. - bu sözləri demək doğru olardı, lakin onların hamısı birlikdə "Hollywood"da olarkən sözün əsil mənasında duymaq olar. Bizim aşbaz sizlərə ənənəvi klassik və milli bolluğu ilə birlikdə olduğu gözəl mətbəxi, təmin edəcək. Bütün bunlar isti və yüksək keyfiyyətli xidmət ilə birlikdə təkrarolunmaz hisslər yaradacaq.…